Dünyanın ən işlək 10 hava limanının adı açıqlanıb
Qlobal aviasiya sənayesi “Covid-19” pandemiyasından sonra işini tam bərpa edib. 2024-cü ildə sərnişinlərin sayı pandemiyadan əvvəlki səviyyələri keçərək 9,5 milyarda çatıb.
“Airports Council International (ACI) World” tərəfindən dərc edilən məlumatlara görə, keçən il dünya üzrə sərnişinlərin sayı 9,5 milyarda çatıb. Bu rəqəm 2019-cu ildə pandemiyadan əvvəlki səviyyədən 3,8 faiz çoxdur və 2023-cü illə müqayisədə 9 faiz artım deməkdir.
CNN-də yer alan xəbərə görə, 2024-cü ildə dünyanın ən işlək hava limanı ABŞ-da 108 milyon sərnişini qəbul edən Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanı olub. Dubay Beynəlxalq Hava Limanı 92,3 milyon sərnişinlə ikinci yerdədir.
Siyahıda ən böyük sıçrayışı Çinin Şanxay Pudonq Hava Limanı edib. 2023-cü ildə 21-ci yerdə olduğu halda, 41 faiz böyük artımla 10-cu yerə yüksəlib.
İstanbul Hava Limanı isə 80,1 milyon sərnişinlə siyahıda 7-ci yeri tutur. Hindistanın Yeni Dehli Hava Limanı 9-cu yerə yüksəlib. Dallas Fort Worth, Denver və Chicago O'Hare kimi ABŞ-nın hava limanları da siyahının ilk onluğunda yer alıb.
Britaniya Sudana 120 milyon funt...
1900 illik papirusda vergidən yayınma...
İngiltərədə lalə festivalı başlayıb...
Osmanlıdan günümüzə qədər uzanan...
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub...