Kral Artura aid tarixi əlyazma tapılıb
Kembric Universitetində Kral Artur əfsanəsinin 13-cü əsrə aid nadir əlyazması aşkar edilib. Ekspertlərin fikrincə, sənədin bu günə qədər gəlib çatması böyük kəşfdir. Kembric Universiteti verdiyi açıqlamada Kral Artur əfsanəsi ilə bağlı mühüm tarixi sənədi ictimaiyyətlə paylaşıb.
Sözügedən əlyazma Kral Arturun qədim fransız dilində yazılmış hekayələrinin "Suite Vulgate du Merlin" kimi tanınan versiyasına aiddir.Bildirilib ki, sənədlər 2019-cu ildə Kembricdəki bir kitabxanada təsadüfən tapılıb, köhnə kitabın cildində istifadə olunub. Universitetin açıqlamasına görə, əlyazma 1500-cü illərdə kəsilmiş, bükülmüş, tikilmiş və dövrün cildli əmlak qeydlərində istifadə edilmək üçün ciddi zədələnmiş formada mühafizə olunub. Bununla belə, müasir texnologiyalar sayəsində alimlər onun məzmununu rəqəmsal şəkildə parçaya zərər vermədən redaktə etməyi bacarıblar. Mətnlər multispektral görüntüləmə, kompüter tomoqrafiyası və 3D modelləşdirmə üsullarından istifadə etməklə skan edilib və rəqəmsal “yapboz” kimi yığılıb. Beləliklə, sənədlərin təfərrüatlı məzmunu üzə çıxıb.Tədqiqata rəhbərlik edən mütəxəssislər sənədin 1275-1315-ci illər arasında yazıldığını və dövrün zadəgan təbəqəsini cəlb edən Artur əfsanələrinin bir hissəsi olduğunu izah edirlər.
Universitet rəsmiləri qeyd ediblər ki, hər bir əlyazma əl ilə çoxaldıldığı üçün unikaldır və bu cür detallar sənədlərin mənşəyinin araşdırılmasında böyük əhəmiyyət kəsb edir. Hazırda Kembric Universitetinin Kitabxanasında saxlanılan sənəd rəqəmsallaşdırıldıqdan sonra tədqiqatçıların istifadəsinə veriləcək.
Türkiyədə 60-cı Prezidentlik Velosiped...
“Titanik”in "kəhanət" məktubu 400 min...
Vaxtından əvvəl doğuş uşağın yaddaşına...
ABŞ-də tək mühərrikli təyyarənin qəzaya...
İrandakı güclü partlayışda 18 nəfər...