24 aprel 2025, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Türkiyə Prezidenti: Dövlət olaraq bütün qurumlarımızla millətimiz üçün çalışmağa davam edəcəyik

24-04-2025
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) İstanbulda yaradılan Böhranın İdarəedilməsi Mərkəzinə gəlib.

Fhnews.az xəbər verir ki, burada rəsmilərdən baş verən zəlzələ ilə bağlı məlumat alan ölkə başçısı mətbuata açıqlama verib.

Şəhərdə zəlzələdən sonrakı vəziyyət haqqında danışan Prezident Ərdoğan deyib: “Toplantıda zəlzələnin təsirlərini minimuma endirmək üçün atılan və atılacaq addımları dəyərləndirdik. Qarşıdakı dövr üçün lazım olan göstərişləri verdik. Vətəndaşlarımız arxayın olsunlar. Dövlət olaraq bütün qurumlarımızla 7/24 hazırlıq vəziyyətində olmağa və millətimiz üçün çalışmağa davam edəcəyik. Günorta saatlarından bu yana aparılan tədqiqat işləri nəticəsində zəlzələnin hiss olunduğu şəhərlərdə ciddi bir problem müşahidə olunmayıb”.

Qeyd edək ki, İstanbul Valiliyinin qərarına əsasən, şəhərin bütün məktəblərinin həyətləri, idman zalları və məscidləri zəlzələ qorxusu səbəbilə gecəni evlərində keçirmək istəməyən vətəndaşların istifadəsinə verilib. Türkiyənin Qızıl Aypara Cəmiyyəti və AFAD vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün bütün imkanlarını səfərbər edib.

İstanbulda məktəblər və universitetlərdə təhsilə 2 gün fasilə verilib.

Paylaş: