Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hesabatda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Kommersiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi üzrə müflisləşmə sahəsində mübahisələrə dair statistika əks olunub. Portalın "Məhkəmə statistikası" bölməsində yerləşdirilən məlumatlar hər il yenilənir və istifadəçilərə açıq şəkildə təqdim edilir.
Hesabatla linkə (https://www.youtube.com/watch?v=tZYfWtI0WFUkeçid) keçid edərək tanış olmaq mümkündür.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.
Bərdə bazarında satışa çıxarılan süd...
DİN: Avtobus zolağına daxil olan...
“İstilik təchizatı haqqında” qanun...
Parlamentin Aqrar siyasət komitəsində...
Zəngilan və Cəbrayıl sakinlərinə kənd...