21 aprel 2025, bazar ertəsi Bakı, 15°C
IMG-LOGO

Türksat 6A missiyasına başlayıb

21-04-2025
IMG

Türkiyənin ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A istifadəyə verilib. 80 faiz yerli məzmunla hazırlanan peyk ən azı 15 il xidmət göstərə biləcək.

Qeyd edək ki, Türkiyənin ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A-nın fevralın 17-də başlayan sınaq yayımları tamamlanıb.Bütün sınaqlardan uğurla keçən yerli və milli peyk artıq xidmətə hazırdır. Türksat 6A bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib.

Türksat 6A peyki ilə Türkiyə rabitə peykləri istehsal edə bilən 11 ölkədən biri oldu. Türksat 6A-nın istifadəyə verilməsi ilə peykin əhatə dairəsi 5 milyard insana çatır.

Türksatın xidmət sahəsi Hindistan, Tayland, Malayziya və İndoneziyanı əhatə etməklə genişlənib.

Türkiyənin ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A 9 iyul 2024-cü ildə SpaceX-in ABŞ-nın Florida ştatındakı Canaveral burnunda yerləşən buraxılış mərkəzindən Falcon 9 raketi ilə kosmosa göndərilib.

Paylaş: