21 aprel 2025, bazar ertəsi Bakı, 14°C
IMG-LOGO

Arktikada buz örtüyü son 40 ilin ən aşağı səviyyəsində ölçülüb

21-04-2025
IMG

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi Şimal Buzlu Okeanında buz örtüyünün 2025-ci ildə son 40 ilin ən aşağı səviyyəsinə çatacağını açıqlayıb. Agentliyin  Yaponiya Milli Qütb Tədqiqat İnstitutu  ilə birgə apardığı araşdırma zamanı  Arktikadakı buz örtüyü mütəmadi olaraq peyk vasitəsilə müşahidə edilib. Əldə edilən məlumatlara görə, buz örtüyü bu il martın 20-də 13,79 milyon kvadrat kilometrlə maksimum həddə çatıb. Bu rəqəm 2017-ci ildə müəyyən edilmiş əvvəlki rekorddan 130 min kvadrat kilometr aşağı olub və 1979-cu ildən bəri saxlanılan məlumatların işığında ən aşağı maksimum sahə olaraq qeyd edilib. Alimlər 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər hər ay üçün orta buz sahəsinin də indiyədək müşahidə edilən ən kiçik səviyyələrdə olduğunu bildiriblər.

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi və digər qurumların təhlil qrupları qeyd ediblər ki, orta səviyyədən yuxarı temperatur buzun yayılmasının məhdudlaşdırılmasında təsirli olub. Arktikanın buz örtüyünün son 40 ildə ən aşağı səviyyədə olduğunu bildirən JAXA prezidenti Yamakava Hiroşi bu vəziyyətin əsas səbəbinin iqlim dəyişikliyi olduğunu bildirib və əlavə edib ki, bu inkişaflar hava və dəniz mühitinə ciddi şəkildə təsir edir.

Paylaş: