Hindistanda güclü yağış və daşqınlar həyatı iflic edib
Hindistanın Cammu və Kəşmir əyalətində güclü yağışın səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 3 nəfər ölüb, onlarla evə ziyan dəyib. Son iki gündə Cammu bölgəsində ölənlərin sayı 5-ə çatıb.
“The Times of India” qəzetinin yazdığına görə, yağış və daşqınlardan zərər çəkən Dharam Kund kəndində axtarış-xilasetmə qrupları tərəfindən 100-dən çox adam xilas edilərkən, kənddə 40-a yaxın evə ziyan dəydiyi, 10 evin isə sel suları tərəfindən götürülərək dağıldığı bildirilib. Jammu Srinagar Magistral yolu da sürüşmə və daşqınlara səbəb olan güclü yağış səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb.
Cammu bölgəsində son 48 saatda leysan yağışlar nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
Qlobal istiləşmə atmosfer çaylarından...
Hindistanda güclü yağış və daşqınlar...
Parisin havası son 20 ildə atılan...
Filippində avtobus qəzası olub, 6 nəfər...
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş...