21 aprel 2025, bazar ertəsi Bakı, 11°C
IMG-LOGO

Binəqədidə obyektdə baş verən yanğın tam söndürülüb (video, foto) YENİLƏNİB

20-04-2025
IMG

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “TOYOTA”, “MERCEDES”, “VAZ-2107” və “HYUNDAİ” markalı minik avtomobillərinin yanar hissələri və “OPEL” markalı minik avtomobilinin dam hissəsi yanıb.

Anbarın qalan hissəsi və market yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

 

Paylaş: