21 aprel 2025, bazar ertəsi Bakı, 10°C
IMG-LOGO

Parisin havası son 20 ildə atılan ekoloji addımlar sayəsində təmizlənib

20-04-2025
IMG

Velosiped yolları və yaşıllıq sahələri artırıldığından, parislilər daha təmiz hava ilə nəfəs almağa başlayıblar.Fransa paytaxtı son 20 ildə böyük dəyişikliklərə məruz qalıb. Ətraf mühit üçün atılan bu addımlar öz nəticəsini verir. Parislilər indi daha təmiz hava ilə nəfəs alırlar. Şəhərdə velosiped yolları genişləndirilib. 50 min avtopark bağlanıb.

Bu addımlar nəticəsində 2005-ci ildən bəri havadakı azot dioksidin miqdarı 50 faiz azalıb.Havanın çirklənməsini göstərən xəritələr qırmızıdan yaşıla çevrilib. İndi yalnız şəhərin ən sıx nəqliyyat axını olan əraziləri qırmızı rəngdə görünür.

Keçən ay parislilər referendumda daha 500 küçəni nəqliyyatın hərəkəti üçün bağlamaq və onları piyada keçidinə çevirmək üçün səs vermişdilər.Atılan addımlar sayəsində Parisin havası böyük ölçüdə təmizlənib.

Qeyd edək ki, havanın çirklənməsi yüksək təzyiqdən sonra dünyada ölüm üçün ən böyük risk faktoru hesab olunur. Hər il dünyada 7 milyon insan havanın çirklənməsi səbəbindən ölür.

Paylaş: