Beynəlxalq riyaziyyat müsabiqəsində şimal bölgəsindən 3 minə yaxın şagird iştirak edib
Aprelin 20-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.
Fhnews.az xəbər verir ki, region üzrə 9 mərkəzdə təşkil olunan müsabiqədə ümumilikdə 2869 şagird iştirak edib.
Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.
Sözügedən müsabiqə hər il dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.
Beynəlxalq riyaziyyat müsabiqəsində...
Bu gün keçirilən imtahandakı test...
DİM: 1 nəfərdə mobil telefon, 1 nəfərdə...
DİM aprelin 20-də ümumi (9 illik) orta...
22 - 24 aprel tarixində Yer kürəsində...