21 aprel 2025, bazar ertəsi Bakı, 10°C
IMG-LOGO

Yüksək Liqa: "Xilasedici" bürünc medal uğrunda ilk oyunda "Neftçi"yə qalib gəlib

20-04-2025
IMG

Kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer uğrunda mübarizəyə start verilib.

Fhnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” və “Xilasedici” komandaları bürünc medal üçün ilk oyuna çıxıb. Gərgin mübarizədə keçən görüşdə “Xilasedici” 3:0 hesabı ilə qələbə qazanıb. Bu komandaların ikinci oyunu aprelin 21-də keçiriləcək.

Qeyd edək ki, reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.

Paylaş: