20 aprel 2025, bazar Bakı, 14°C
IMG-LOGO

Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib

20-04-2025
IMG

20 aprel 2025-ci il tarixində, saat 11:32-də Türkiyədə Egey dənizində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin episentri dənizin 7 kilometr dərinliyində yerləşib.

Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib. AFAD və digər aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir və əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək.

Paylaş: