19 aprel 2025, şənbə Bakı, 16°C
IMG-LOGO

İdxalda aşkar olunan uyğunsuzluqla bağlı bəzi ölkələrin müvafiq qurumlarına bildirişlər göndərilib

17-04-2025
IMG

Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə https://afsa.gov.az/az/xeberler linkinə daxil olmaqla tanış olmaq olar.

Paylaş: