19 aprel 2025, şənbə Bakı, 17°C
IMG-LOGO

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada finalçılar bəlli ola bilər

18-04-2025
IMG

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada finalçılar bəlli ola bilər.

Fhnews.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında “Xilasedici” – “Azərreyl” və “Neftçi” – “Murov Az Terminal” görüşləri keçiriləcək.

Matçlar müvafiq olaraq, saat 15:00 və 17:00-da başlayacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)

İkinci oyunlar

18 aprel

15:00. “Xilasedici” - “Azərreyl”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

İlk oyun – 0:3

17:00. “Neftçi” - “Murov Az Terminal”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

İlk oyun – 0:3

Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi “Qızıl set”də müəyyənləşəcək.

Paylaş: