16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Azərbaycan mobil internetin sürəti üzrə beynəlxalq reytinqdə irəliləyib

16-04-2025
IMG

Azərbaycan mart ayında mobil internetin sürəti üzrə ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 3 pillə irəliləyərək 74,11 MB/S sürətlə 102 ölkə arasında 52-ci olub.

Fhnews.az “Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki, mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (543,29 MB/S), sonuncu yeri isə Boliviya (13,09 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən öz yerini qoruyaraq 197 şəhər arasında 73,32 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (355,02 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,14 MB/S) qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (618,53 MB/S), sonuncu yeri La Paz (Boliviya) (9,58 MB/S) tutub.

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (73,60 MB/S) görə ötən ayın göstəriciləri ilə müqayisədə bir pillə geriləyərək 154 ölkə arasında 91-ci olub. Bu göstəriciyə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 92 faiz artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (357,52 MB/S), axırıncı yeri isə Suriya (3,21 MB/S) tutub.

Paylaş: