Rayonlarda leysan yağacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti qeyri-sabit, yağıntılı keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.
Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Aprelin 15-16-da qərb küləyi 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.
Ölkə ərazisində yağıntılı hava şəraiti...
Daxili çaylarda sululuq artıb...
Bakıda Qara Dəniz Yayım Tənzimləyici...
Dövlət Statistika Komitəsi yanında...
Biznesin inkişaf etdirilməsi ilə bağlı...