15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Çinin paytaxtını güclü külək vurub

14-04-2025
IMG

Çinin paytaxtı Pekində güclü külək və temperaturun aşağı düşməsi bəzi turistik yerlərin bağlanmasına və nəqliyyatda fasilələrin yaranmasına səbəb olub.Çinin şimalını təsir edən soyuq dalğa paytaxt Pekində də gündəlik həyata mənfi təsir edib.

Meteoroloqlar küləyin sürətinin saatda 100 kilometri keçdiyini, şəhərdə temperaturun mövsüm normalarından aşağı düşdüyünü bildirib.

Güclü külək səbəbindən tarixi və turistik ərazilərin müvəqqəti olaraq ziyarətçilərə bağlandığı açıqlanıb. Səlahiyyətlilər vətəndaşlara açıq yerlərdə olmamaq və səyahət planlarını nəzərdən keçirmək barədə xəbərdarlıq edib. Əlverişsiz hava şəraiti şəhər daxilində bəzi avtobus reyslərinin dayandırılmasına və aviaşirkətlərin reyslərinin təxirə salınmasına səbəb olub.

Çin Milli Meteorologiya Mərkəzi küləyin həftə sonu boyunca bölgəyə təsirini davam etdirəcəyini açıqlayıb.

Paylaş: