15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3689-a çatıb

12-04-2025
IMG

Myanmada martın 28-də baş vermiş 7,7 və 6,4 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayı 3689 nəfərə çatıb.

“Sinxua” xəbər agentliyinin verdiyi məlumata görə, Myanmada hərbi hökumətin inzibati orqanı olan Dövlət İnzibati Şurası məsələ ilə bağlı açıqlama verib.Açıqlamada iki zəlzələdə həyatını itirənlərin sayının 3 min 689, yaralananların sayının isə 5 min 20-yə yüksəldiyi bildirilib.

Xilasetmə qrupları itkin düşmüş 140 nəfərin axtarışını davam etdirir.

Paylaş: