Ceyhun Bayramovun Antalyada Burkina Fasonun xarici işlər naziri ilə görüşü olub
Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina Fasonun xarici işlər naziri Jan Mari Traore ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq imkanları, çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub. Ölkəmizin xarici siyasətində Afrika qitəsinə verilən önəm qeyd edilib, Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə təmaslarımıza mühüm təkan verdiyi bildirilib. Bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində Afrika ölkələri, o cümlədən Burkina Faso ilə əməkdaşlığı davam etdirmək niyyətimiz ifadə olunub.
Müqabil tərəfə, həmçinin ölkəmiz tərəfindən xarici ölkələrdən tələbələr üçün yaradılan təqaüd proqramları barədə məlumat verilib, xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələr üçün xüsusi proqramların mövcudluğu qeyd edilib.
Qarşı tərəf Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi münasibətilə təbrik edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş nazir Əli Əsədov Rumıniya Parlamenti...
Litvanın xarici işlər nazirinin müavini...
Azərbaycan-BMT əməkdaşlığının müxtəlif...
Rumıniya parlamentinin nümayəndə heyəti...
Qətər Azərbaycanla səhiyyə və tibb elmi...