15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Azərbaycan və Türkiyə müdafiə nazirləri hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər

12-04-2025
IMG

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş: