Azərbaycan üzgüçüləri Çexiyadakı Qran-pridə 17 medal qazanıblar
Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən dünya çempionatına lisenziya xarakterli Qran-pridə 17 medal qazanıblar.
Azərbaycan Üzgüçülük Federasiyasından bildirilib ki, bunlardan 2-si qızıl, 8-i gümüş, 7-si isə bürünc mükafatdır.
Ramil Vəlizadə ilə Süleyman İsmayılzadə hərəyə 1 qızıl və 2 gümüş, Əbdürrəhman Rüstəmovla Fatimə Alkərəmova hərəyə 2 gümüş, 1 bürünc medala sahib çıxıblar. Oqtay Hüseynov 3, Səid Həmidov isə 3 növdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, turnirdə 5 ölkə - Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniyadan 350-yə yaxın idmançı iştirak edib.
Minifutbol Federasiyasının prezidenti:...
Azərbaycan üzgüçüləri Çexiyadakı...
Qəbələ-Xankəndi ultramarafonunun qalibi:...
Formula 1 Azərbaycan Qran-Prisi üçün...
Fərid Qayıbov: Ultramarafonun yüksək...