16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada mükafata layiq görülüb

15-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “International Elite 100 Awards” müsabiqəsində uğur əldə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentlik müsabiqəyə rəqəmsal layihələri ilə qatılıb və “Dövlət məşğulluq xdimətlərində ən yaxşı rəqəmsal təşəbbüslər” kateqoriyası üzrə qalib seçilib.

Müsabiqədə Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum təmsil olunub.

Qeyd edək ki, həmin mükafat qlobal iş dünyasında unikal yanaşmaları, innovativ layihələri və nailiyyətləri ilə fərqlənən qurumlara verilir.

Paylaş: