İngiltərədə lalə festivalı başlayıb
İngiltərənin West Sussex bölgəsindəki Tulleysdə vizual ziyafət təqdim edən Lalə Festivalı başlayıb.
Lalə festivalı çərçivəsində qapılarını ziyarətçilərin üzünə açan təsərrüfatda 100-dən çox növdən ibarət təxminən yarım milyon lalə çiçək açıb.
İngiltərənin müxtəlif yerlərindən Tulleysə gələn hər yaşdan britaniyalılar lalə çayına bənzəyən bağda gözəl vaxt keçiriblər.
Qeyd edək ki, yel dəyirmanları, motosikletlər, taxta körpülər kimi orijinal materiallarla bəzədilmiş lalə bağçasındakı çiçəklər 15 günlük ömrünü tamamladıqdan sonra köklərindəki soğanlara çəkilərək növbəti ilin eyni dövründə yenidən çiçək açır.
Tbilisidəki məşhur "Lilo" bazarında...
Beyin təkrar diqqət yayındırıcı amilləri...
Britaniya Sudana 120 milyon funt...
1900 illik papirusda vergidən yayınma...
İngiltərədə lalə festivalı başlayıb...