16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Sumqayıtda ticarət mərkəzində yanğın söndürülüb (video)

16-04-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Paylaş: