19 aprel 2025, şənbə Bakı, 8°C
IMG-LOGO

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş işgüzar görüş keçirilib

16-04-2025
IMG

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin iştirakçıları üçün işgüzar görüş təşkil olunub.

Fhnews.az xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sərgi iştirakçıları və təşkilatçılarına salamını və mesajını çatdırıb. Aqrar sənaye sahəsində çalışan mütəxəssislərin və şirkətlərin istəyi nəzərə alınaraq, sərgilərin artıq 3 gün deyil, 4 gün təşkil edilməsi alqışlanıb və bu məqamın aqrar sektorda çalışanlar üçün böyük önəm daşıdığı bildirilib. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları olan “Caspian Event Organisers” şirkətinin rolu xüsusi vurğulanıb.

Tədbirdə sərgiyə hazırlıq prosesində diqqət olunmalı məsələlər, eləcə də iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmaq yolları haqqında məlumat təqdim olunub.

İnteraktiv formada sual-cavab sessiyası ilə keçirilən tədbirdə 44 şirkətdən 70-ə yaxın nümayəndə iştirak edib. Eyni zamanda, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) sərgilərə dəstək göstərən qurumların nümayəndələri iştirak ediblər.

Qeyd etmək lazımdır ki, artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük kənd təsərrüfatı və qida sənayesi tədbirləri olan “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri 13-16 may tarixlərində Bakı Ekspo Mərəzində təşkil ediləcək.

Paylaş: