Finlandiya aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
Finlandiyanın “Finnair” aviaşirkətinə məxsus Banqkok-Helsinki marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, buna sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəb olub.
“Airbus A350” tipli təyyarə yerli vaxtla saat 12:06-da Bakı hava limanına uğurla eniş edib. Hava gəmisinə dərhal tibbi xidmət əməkdaşları yönləndirilib. Sərnişinə yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra, o təxirəsalınmadan paytaxtın tibb müəssisələrindən birinə təxliyyə olunub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini prioritet sayaraq, bu kimi fövqəladə hallara cavab vermək üçün daim yüksək hazırlıq vəziyyətindədir. Hava limanında mütəmadi olaraq əməliyyat təlimləri və təhlükəsizlik ssenariləri üzrə simulyasiyalar həyata keçirilir.
Məktəbli qızlar ölkəmizi Avropa Qızlar...
Azad olunmuş ərazilərin tikintisi və...
“E-Şikayət” platformasına indiyədək 6...
Finlandiya aviaşirkətinə məxsus təyyarə...
ADY: Horadiz-Ağbənd dəmir yolunda...