19 aprel 2025, şənbə Bakı, 8°C
IMG-LOGO

Dövlət Xidməti: Bəzi çaylarda sel və daşqın hadisələrinin davam etməsi gözlənilir

16-04-2025
IMG

Bu gün ölkə ərazisində əksər çaylarda sululuq artıb.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib ki, ən çox artım Böyük Qafqaz dağları ərazisindən axan çaylarda qeydə alınıb.

Belə ki, Böyük Qafqaz dağları ərazisindən axan Vəlvələçayda 49 santimetr, Qarasuçayda 25 santimetr, Qımılda 24 santimetr, Əyriçayda 21 santimetr, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 15 santimetr, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 29 santimetr, Oxçuçayda 22 santimetr, Köndələnçayda 18 santimetr, Tərtərçay-Vəngdə 9 santimetr, Tutqunçay və Bəsitçayda 9 santimetr, Həkəriçayda 4 santimetr artım qeydə alınıb.

Transsərhəd çaylara gəlincə, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 40 santimetr, Araz-Qıvraq məntəqəsində 19 santimetr, Qanıx-Cəlayir məntəqəsində isə 7 santimetr artım qeydə alınıb.

Müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Şabran rayonu ərazisindən axan Gilgilçay, Quba rayonu ərazisindən axan Qudyalçay, İsmayıllı rayonu ərazisindən axan Girdimançay, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançay, Ağsu rayonu ərazisindən axan Ağsuçay, Qobustan rayonu ərazisindən axan Pirsaatçay və Samux rayonu ərazisindən axan Qabırrı çayından sel keçib.

Qeyri-sabit və fasilələrlə yağıntılı hava şəraitinin aprelin 17-dək davam edəcəyi, bu gün ərzində isə intensiv və güclü yağıntılı olacağı gözlənilir ki, bu da ölkə ərazisinin çaylarında sululuğun yüksək, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara zonasının bəzi çaylarında sel və daşqın hadisələrinin davam etməsi gözlənilir.

Paylaş: