Agentlik: Birinci rübdə istehlakçılara 56 min manatadək vəsait qaytarılıb
Cari ilin yanvar-mart ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılardan daxil olan 1462 müraciətə baxılıb.
Dövlət Agentliyindən bildirilib ki, təmin olunmuş 595 müraciət əsasında 56 min manatadək vəsait istehlakçılara qaytarılıb.
İstehlakçı hüquqlarının qorunmasına yönələn tənzimləyici tədbirlər istehlakçıları bazarda qarşılaşa biləcəkləri ədalətsiz biznes təcrübələrindən qoruyur. Rəqabətli bazar şəraitinin inkişafını stimullaşdırmaqla istehlakçıların iqtisadi gücünü və seçim imkanını artırır.
Azad olunmuş ərazilərin tikintisi və...
“E-Şikayət” platformasına indiyədək 6...
Finlandiya aviaşirkətinə məxsus təyyarə...
ADY: Horadiz-Ağbənd dəmir yolunda...
Azərbaycanla Çin arasında əməkdaşlığa və...