ABŞ-da Robert Kennedinin öldürülməsi ilə bağlı sənədlər ictimaiyyətə təqdim edilib
ABŞ prezidenti Donald Trampın göstərişi ilə keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin qətli ilə bağlı 10 min səhifəyə yaxın sənəd dərc edilib. 1968-ci ildə Robert Kennedinin öldürülməsi ilə bağlı 229 sənəddən ibarət təxminən 10 000 səhifə ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinin saytında ictimaiyyətə təqdim edilib.
ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, Robert Kennedinin öldürülməsindən təxminən 60 ildən sonra Amerika xalqı Tramp sayəsində ilk dəfə federal hökumətin araşdırmalarını öyrənmək fürsəti əldə edəcək. Xatırladaq ki, mart ayında keçmiş prezident Con Kennedinin qətli ilə bağlı təxminən 80 000 səhifəlik sənəd ictimaiyyətə təqdim edilmişdi.
Yanvarın 23-də Tramp keçmiş prezident Kennedinin öldürülməsi ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb.
Bu sərəncama əsasən, Kennedinin, onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edilir.
Çində “Tiangong” adlı robot Pekin...
Alimlər Kvant maqnitizminin nadir tipini...
ABŞ-da Robert Kennedinin öldürülməsi ilə...
15-ci Pekin Film Festivalı başlayıb...
"Google" delfinlərlə danışmaq üçün süni...