19 aprel 2025, şənbə Bakı, 15°C
IMG-LOGO

Qəbələdə aktivlərlə təmin olunmuş gənclərin biznes fəaliyyətlərinin vəziyyəti öyrənilib

19-04-2025
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlığın inkişafı, yerli iqtisadi potensialın stimullaşdırılması və gənclərin biznes mühitinə inteqrasiyası məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Gənclərin Biznes Emalatxanası” layihəsi çərçivəsində aktivlər almış gənclərlə görüş keçirilib.

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyi, Dövlət Vergi Xidməti, Gənclərin İnkişafı və Karyera Mərkəzi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, həmçinin Peşə Təhsil Mərkəzinin aktivlə təmin olunmuş məzunları, gənc sahibkarlar iştirak ediblər.

Bu barədə Peşə Təhsil Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirin əsas məqsədi layihə çərçivəsində aktivlərlə təmin olunmuş gənclərin biznes fəaliyyətlərinin mövcud vəziyyətini öyrənmək, qarşılaşdıqları çətinlikləri araşdırmaq və onların gələcək inkişaf imkanlarını dəyərləndirmək olub. Tədbir, eyni zamanda, iştirakçılarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoqu təmin etməklə, aktual problemlərin həlli istiqamətində operativ və koordinasiyalı yanaşmaların formalaşdırılmasına xidmət edib.

Görüş dialoq formatında keçirilib. Aktivlərlə təmin olunmuş gənclər üzləşdikləri çətinlikləri bildiriblər. Gənclər tərəfindən dinlənilən problemlərin hər biri üzrə aidiyyəti qurumların nümayəndələri tərəfindən ətraflı izahatlar verilib, suallar cavablandırılıb və mümkün həll yolları müzakirə olunub.

İştirakçılar, həmçinin dövlət dəstəyi proqramlarından necə faydalana biləcəkləri barədə məlumatlandırılıblar.

Paylaş: