19 aprel 2025, şənbə Bakı, 16°C
IMG-LOGO

Hər il milyonlarla turisti qəbul edən  Hollandiyanın rəngli lalə bağları

17-04-2025
IMG

Demək olar ki, hər növ lalənin yetişdiyi Keukenhof bağı mart-may ayları arasında 8 həftə boyunca dünyanın hər yerindən ziyarətçiləri qəbul edir. Hazırlıqları aylarla davam edən bağda lalələr aprelin ortalarında ən gözəl formasını alır. “Keukenhof Garden”in Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Nova Mesman bildirib ki, Keukenhof çiçəkçilik vitrinidir və dünyanın ən gözəl bağıdır. Bağın böyüklüyünün 32 hektar olduğunu bildirən Mesman deyir ki, hər il bağçaya 40 bağban tərəfindən 7 milyon lalə soğanı əkilir. Keukenhofu hər il təxminən 1,4 milyon insanın ziyarət etdiyini deyən Mesman bildirib ki, bu il bağ 20 Mart - 11 May tarixləri arasında hər gün yerli vaxtla saat 08:00-19:00 arasında açıqdır. Bu müddət ərzində bağçada müxtəlif tədbirlər də keçirilir.

“Keukenhof”un rəsmi məlumatına görə, ziyarətçilər arasında ilk sırada hollandlar, almanlar, fransızlar, ingilislər, çinlilər və amerikalılar gəlir. Parka gələnlərin 80 faizini xarici turistlər təşkil edir. Vətəni Türkiyə olsa da, Hollandiya ilə eyniləşdirilən lalənin ölkə iqtisadiyyatında mühüm yeri var. Hollandiyalılar ildə 4 milyarddan çox lalə soğanı istehsal edir və onların təxminən yarısını ixrac edirlər.

 

Paylaş: