İstanbul Hava Limanında THY-nin 3 təyyarəsi eyni anda havaya qalxacaq
İstanbul Hava Limanında “üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatları” cümə axşamı Türk Hava Yollarına (THY) aid üç təyyarənin eyni vaxtda havaya qalxması ilə başlayacaq.
ABŞ-dan sonra Avropada ilk dəfə İstanbul Hava Limanında istifadə ediləcək və mövcud uçuş-enmə zolaqlarını daha səmərəli edəcək “Eyni zamanda üçlü müstəqil uçuş zolağı əməliyyatları” tətbiqinin başlamasına sayılı günlər qalıb. Əməliyyatlar cümə axşamı yerli vaxtla saat 10:00-da Türk Hava Yollarına məxsus üç təyyarənin İstanbul Hava Limanından eyni vaxtda qalxması ilə başlayacaq. 2022-ci ilin son rübündə istifadəyə verilən layihə çərçivəsində 2023 və 2024-cü illərdə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı, Dövlət Hava Limanları İdarəsi, Türk Hava Yolları Baş Müdirliyi və Mülki Aviasiya ilə əməkdaşlıq çərçivəsində görüşlər, risk analizləri, təhlükəsizlik araşdırmaları və simulyasiyalar keçirilib. Bu çərçivədə, Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı tərəfindən hazırlanan təhlükəsizlik təhlili hesabatına uyğun olaraq bütün lazımi hazırlıqlar tamamlanıb.
Tbilisidəki məşhur "Lilo" bazarında...
Beyin təkrar diqqət yayındırıcı amilləri...
Britaniya Sudana 120 milyon funt...
1900 illik papirusda vergidən yayınma...
İngiltərədə lalə festivalı başlayıb...