Qlobal istiləşmə atmosfer çaylarından gələn yağıntıların intensivliyini artırır
NASA tərəfindən aparılan araşdırma atmosfer çaylarının indi daha böyük və nəm olduğunu və nəticədə daha intensiv yağışların baş verəcəyi ehtimalını ortaya qoyub. Atmosfer çayları isti okean üzərində uzun və dar hava dəhlizləri şəklində əmələ gələn və quruya çatdıqda qasırğalara bənzər ağır hava şəraiti yaradan təbiət hadisəsi kimi müəyyən edilir.
NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində aparılan araşdırma atmosfer çaylarının təbiətinin dəyişdiyini göstərib.1980-2023-cü illər arasında müxtəlif iqlim məlumatları topluları və peyk məlumatları əsasında aparılan “Atmosfer çaylarının təbiətindəki dəyişikliklər” adlı araşdırmada atmosfer çaylarının əhatə etdiyi ərazi, onların əmələ gəlmə tezliyi, hansı enliklərdə daha çox yayıldığı, çayların ümumi su buxarının təsiri kimi parametrlər müəyyən edilmişdir. Tədqiqatda rütubət faktoru vasitəsilə qlobal istiləşmənin atmosfer çaylarının yaşadığı dəyişikliklərdə rolu izah edilməyə çalışılıb. Araşdırmaya görə, daha isti hava daha çox nəm saxlaya bilər, bu çayların çox su daşıya biləcəyi şəraiti yarada bilər və nəticədə ortaya çıxan mənzərə bu hava hadisəsinin görüldüyü yerlərdə güclü yağış riskinin artdığını göstərir.
Tədqiqata görə, ağır iqlim ssenariləri baş verərsə, 21-ci əsrin sonuna qədər atmosfer çayları tezliyinin qlobal miqyasda 501 faiz, regional miqyasda isə 1001 faiz artacağı gözlənilir. Bu zaman atmosfer çaylarının daha böyük və rütubətli olacağı və daha çox yağıntıya səbəb olacağı gözlənilir. Bu, hətta ABŞ-nın şimal-şərqi kimi atmosfer çaylarından daha az təsirlənən bölgələrdə də baş verə bilər.
Tədqiqatın nəticələri göstərir ki, atmosfer çaylarının sahəsi 6 faiz artaraq 9 faiz, atmosfer çaylarının su buxarı isə 1,5 faiz artaraq 2,5 faiz təşkil edib.
Təhlil nəticəsində məlum olub ki, Şimali Amerikanın şərq sahilləri, Cənubi Okean ətrafındakı qütb zolağı, Şimali Sakit okeanın yüksək enlik rayonları və şimal yarımkürəsinin bir sıra digər regionları boyunca atmosfer çaylarının tezliyi artıb.
Qlobal istiləşmə atmosfer çaylarından...
Hindistanda güclü yağış və daşqınlar...
Parisin havası son 20 ildə atılan...
Filippində avtobus qəzası olub, 6 nəfər...
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş...