Milli Hidrometeorologiya Xidməti: Bəzi çaylarda sululuq artıb
Avtomat hidroloji stansiyaların aprelin 21-i saat 11:00-a olan məlumatına əsasən, ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qudiyalçay-Qımılda 6, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8, Oxçuçay-Bürünlüdə 7, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 santimetr artım qeydə alınıb.
Kür çayının aşağı axınında - Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20, Kür-Salyanda 10, Kür-Bankədə 5 santimetr artıb.
Xidməti-döyüş fəaliyyətinin icrasında...
Sumqayıtdakı “Diana” ailəvi istirahət...
Bakıda əsas yol kəsişmələrindən birində...
“YAŞAT” Fondunun 1-ci intellektual...
Azərbaycan Respublikasının fövqəladə...