21 aprel 2025, bazar ertəsi Bakı, 16°C
IMG-LOGO

ABŞ-ın Oklahoma ştatında şiddətli qasırğalar üç nəfərin ölümünə səbəb olub

21-04-2025
IMG

Həftəsonu ABŞ-ın Oklahoma ştatında tüğyan edən güclü qasırğalar nəticəsində azı üç nəfər ölüb.

Fhnews.az xəbər verir ki, yerli polis departamentinin məlumatına görə, bazar günü ştatın inzibati mərkəzi Oklahoma-Sitidən 10 mil cənubda yerləşən Mur şəhərində avtomobili sel aparması nəticəsində 12 yaşlı uşaq və anası həlak olub.

Eyni zamanda, şənbə günü gecə saatlarında Hyuz dairəsinin Spoldinq şəhərində qasırğa bir nəfərin həyatına son qoyub. Təbii fəlakət regionda tikililərə ciddi zərər vurub, bir çox yollar su altında qalıb.

Paylaş: