21 aprel 2025, bazar ertəsi Bakı, 18°C
IMG-LOGO

FHN: Ötən həftə ərzində 152 yanğına çıxış olub, 11-i azyaşlı olmaqla 30 nəfər xilas edilib (video)

21-04-2025

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 152 yanğına çıxış və 26 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 30 nəfər xilas edilib, subasma və yanğın zamanı ümumilikdə 35-i azyaşlı olmaqla 186 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş: