Sabah paytaxtda 24, bölgələrdə isə 27 dərəcə isti olacaq
Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 20-24° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-70, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 22-27° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacağı bildirilir.
Xidməti-döyüş fəaliyyətinin icrasında...
Sumqayıtdakı “Diana” ailəvi istirahət...
Bakıda əsas yol kəsişmələrindən birində...
“YAŞAT” Fondunun 1-ci intellektual...
Azərbaycan Respublikasının fövqəladə...