23 aprel 2025, çərşənbə Bakı, 17°C
IMG-LOGO

“Titanik”in "kəhanət" məktubu

23-04-2025
IMG

“Titanik”dən sağ çıxan polkovnik Qreysinin kəhanət məktubu hərraca çıxarılıb. Məktubun 60 min funt sterlinqə qədər satılacağı gözlənilir.

BBC-nin məlumatına görə, polkovnik Archibald Qreysi səyahət zamanı yazdığı məktubda “gözəl gəmi” haqqında mühakimə yürütməzdən əvvəl “Mən səyahətimin sonuna qədər gözləyəcəm”-deyə ifadə işlədib. 

Qreysi eyni zamanda “Titanikin əsl hekayəsi” adlı kitab da yazıb. O, kitabında 1912-ci il aprelin 15-də batan və 1500 nəfərin ölümünə səbəb olan bədbəxt sərnişin gəmisi ilə bağlı xatirələrini danışır. Polkovnik Qreysi aşmış xilasedici qayığa tullanaraq batmaqdan xilas olsa da, bu, səhhətində ciddi problemlər yaradır və o,fəlakətdən 8 ay sonra dünyasını dəyişib.

Məktub aprelin 26-da Wiltshire ştatının Devizes şəhərindəki “Henry Aldridge and Son” mağazasında satışa çıxarılacaq.

Paylaş: