Azərbaycanın 5 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatı start götürəcək.
Fhnews.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 5 üzvü medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) tatamiyə çıxacaq.
Qadınların yarışında isə Könül Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) güclərini sınayacaq.
Mötəbər turnirin görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Azərbaycan cüdo üzrə Avropa...
Azərbaycan paralimpiyaçısı növbəti...
Avropa çempionatı: Azərbaycan cüdoçuları...
Azərbaycanda keçiriləcək III MDB...
Azərbaycanın 5 cüdoçusu Avropa...