23 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

Astanada QR kodlar tətbiq edilməklə ağacların pasportlaşdırılması aparılacaq

22-04-2025
IMG

Astanada QR kodlar tətbiq edilməklə ağacların pasportlaşdırılması və sistemli uçotunun rəqəmsallaşdırılması aparılacaq.

Fhnews.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Astananın icra orqanının rəhbəri Jenis Kasımbek ölkə Prezidenti Kasım-Jomart Tokayevə paytaxtın yaşıllaşdırılması və abadlaşdırılması planlarını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs sayəsində sakinlər hər hansı bir ağac haqqında məlumat əldə edə və problem yarandıqda bu barədə şəhər orqanlarına məlumat verə biləcəklər.

"Bu il şəhərdə bir milyon ağacın əkilməsi, eləcə də 180-dən çox ictimai və həyətyanı məkanın abadlaşdırılması planlaşdırılır", – deyə Jenis Kasımbek əlavə edib.

Paylaş: