Kanadada yeni zirehli dinozavr növü tapılıb
Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Tumbler Ridge qəsəbəsində tapılan üç barmaqlı fosil ayaq izləri paleontoloqları yeni dinozavr növünün kəşfinə gətirib çıxarıb.
Təxminən 100 milyon il əvvələ aid olan bu izlər quyruqlarının ucunda sümüklü düyün olan və bitkiləri yeyən zirehli dinozavrlar ailəsi olan ankilosaridlərə aiddir.
Mütəxəssislərin fikrincə, bu izlər əvvəllər məlum olmayan bir növə işarə edir- ruopodosaurus clavaya.
İzlər gənc tədqiqatçılar Mark Turner və Daniel Helmin 2000-ci ildə ərazidə ilk dinozavr ayaq izlərini tapmasından sonra məşhurlaşan Tumbler Ridge ətrafında tapılıb. Yeni ayaq izlərinin əksəriyyəti Tumbler Ridge UNESCO Qlobal Geoparkında yerləşir, biri isə Albertanın qərbində aşkar edilmişdir.
Türkiyədə su səviyyəsinin artması ilə...
Yaponiyadakı Wanitsuka no Sakura ağacı...
Süni intellektdən istifadə edən filmlər...
Xəzər dənizi 2050-ci ilədək kritik...
Filippin sahillərində 6,2 bal gücündə...