23 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

İstanbulda 801 kiloqram narkotik maddə ələ keçirilib

22-04-2025
IMG

Bu barədə məlumat verən Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya İstanbulda keçirilən əməliyyatda 801,5 kiloqram metamfetaminin ələ keçirildiyini və narkotik satıcısı olmaqda şübhəli bilinən iki şəxsin tutulduğunu açıqlayıb.

Nazir sosial media hesabındakı paylaşımında qeyd edib ki, əməliyyat Gaziosmanpaşa Respublika Prokurorluğu və Təhlükəsizlik Baş İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin koordinasiyasında İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən həyata keçirilib.

Yerlikaya Arnavutköydə keçirilən əməliyyatda 29 ədəd 773 kiloqram maye metamfetamin və kristal formada 28,5 kiloqram metamfetamin ələ keçirildiyini və narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 2 şübhəlinin tutulduğunu bildirib.

Paylaş: