23 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

UNEC tələbəsinin komandası Beynəlxalq Robot Olimpiadasında birinci yerə layiq görülüb

22-04-2025
IMG

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “VerseTech” komandası “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya mərhələsinin qalibi olub.

Bu barədə universitetdən məlumat verilib.

Komandanın “SpecDeaf” layihəsi Türkiyənin Antalya şəhərində keçirilən yarışda “HealthTech Entrepreneurship Challenge” kateqoriyası üzrə 1-ci yerin qalibi olaraq, İtaliyada keçiriləcək dünya finalına vəsiqə qazanıb.

Antalyada keçirilən Avrasiya mərhələsində 21 ölkədən ümumilikdə 584 komanda iştirak edib. “VerseTech” komandası öz kateqoriyası üzrə 35 komanda arasından birinci yerə layiq görülüb. Komandanın innovativ texnologiya, sosial təsir və sahibkarlıq yanaşması beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Komandanın təqdim etdiyi “SpecDeaf” layihəsi eşitmə məhdudiyyəti olan insanların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin həllinə yönəlmiş innovativ texnoloji cihazdır. Bu ağıllı cihaz istənilən eynəyin üzərinə yerləşdirilə bilir və danışılanları real vaxtda mətn formatında istifadəçinin gözləri önünə çıxarır. Cihaz çoxdilli tərcümə funksiyası və süni intellekt assistenti ilə də təchiz olunub. “SpecDeaf” həm gündüz, həm də gecə istifadəsi üçün uyğundur və yüngül, portativ dizayna malikdir.

Paylaş: