İstanbulda quraqlıq xəbərdarlığı
İstanbulda keçən ay yağıntıların azalması səbəbiylə son 39 ilin ən aşağı mart yağışı qeydə alınıb. Bölgədə yağıntılar çoxillik orta göstərici ilə müqayisədə yarıdan çox azalıb.
Meteorologiya Ümumi Müdirliyinin məlumatlarına görə, Marmara Bölgəsində uzun müddətli orta yağıntı mart ayında 66,1 millimetr olub.Rayona ötən ilin mart ayında 63 millimetr, bu ilin eyni dövründə isə 25,7 millimetr yağıntı düşüb. Müvafiq olaraq, bölgədə mart ayı yağıntıları keçən ilin eyni dövrünə görə isə 59 faiz azalıb.
Mart ayında İstanbulda yağıntıların azalması səbəbiylə son 39 ilin ən aşağı mart yağışı qeydə alınıb.
Türkiyədə su səviyyəsinin artması ilə...
Yaponiyadakı Wanitsuka no Sakura ağacı...
Süni intellektdən istifadə edən filmlər...
Xəzər dənizi 2050-ci ilədək kritik...
Filippin sahillərində 6,2 bal gücündə...