23 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

Peşə-əmək Reabilitasiya Mərkəzində hazırda əlilliyi olan 121 gəncə xidmət göstərilir

22-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda 121 nəfər gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 82-si müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir, 39-u isə sosial reabilitasiya xidmətlərinə, eləcə də müxtəlif təlimlərə, boccia və digər idman növləri üzrə məşqlərə cəlb olunub.

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində ötən il 516, ümumən ötən dövrdə 3500-dən çox şəxs peşə hazırlığı və sosial reabilitasiyaya cəlb edilib. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.

Mərkəzdə peşə və sosial reabilitasiya xidmətlərinə cəlb edilmiş gənclər digər ölkələrdəki müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər. Son beş ildə 2400-ə yaxın gənc həmin proqramlara cəlb edilib.

Paylaş: