23 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb - YENİLƏNİB

22-04-2025
IMG

Tərtər rayonundan yola salınan növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb.

 

Fhnews.az xəbər verir ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndində 20 ailə olmaqla, 68 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

 

11:37

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Aprelin 22-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.

Fhnews.az xəbər verir ki, Həsənriz kəndinə bu mərhələdə 20 ailə - 68 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 mindən çox insan yaşayır.

Paylaş: