Romada tarixi kəşf
Romada bir elektrikçi müntəzəm yoxlama zamanı freskalar aşkar edərək, 16-cı əsrin sonlarına aid mühüm bir sənət əsərini üzə çıxarıb.
Keçən il müntəzəm yoxlamaya çağırılan elektrikçi Davide Renzoni İtaliyanın Roma şəhərindəki Villa Farnesina binasının ən üst mərtəbəsinə qalxarkən diqqətini çəkən bir şeylə rastlaşıb. Tavanın üstündəki köhnə dam unudulmuş freskaların olduğu bir sahəni ortaya qoyub.
16-cı əsrin əvvəllərində inşa edilən Villa Farnesina məşhur rəssam Rafael tərəfindən Eros və Psyche freskaları ilə tanınan tarixi bir binadır. Lakin Renzoninin kəşfi binanın əvvəllər diqqətdən kənarda qalan hissələrində klassik barokko dövrünün son böyük ustalarından biri olan Karlo Marattanın freskalarını üzə çıxarıb. Bu freskaları Maratta 17-ci əsrin sonlarında Eros və Psixe freskalarını bərpa edərkən tələbələri Girolamo Troppa və Fransua Simonotla birlikdə hazırladığı təxmin edilir.
Villa Farnesina 1506-1510-cu illər arasında bankir Aqostino Çiqi tərəfindən tikilmişdir. 1579-cu ildə Farnese ailəsinin əlinə keçən bina zamanla bir çox məşhur sənətçiyə ev sahibliyi edib. Lakin 1861-ci ildə edilən dəyişikliklər və 20-ci əsrdə yaşadığı müxtəlif mülkiyyət dəyişiklikləri səbəbindən Marattanın freskaları unudulub.
Bu gün villa dünya şöhrətli akademik qurum olan “Accademia dei Lincei” tərəfindən qorunur və 1944-cü ildən muzey kimi ziyarətçilər üçün açıqdır.
Türkiyədə su səviyyəsinin artması ilə...
Yaponiyadakı Wanitsuka no Sakura ağacı...
Süni intellektdən istifadə edən filmlər...
Xəzər dənizi 2050-ci ilədək kritik...
Filippin sahillərində 6,2 bal gücündə...