“Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi elektronlaşıb
Sosial sahədə xidmətlərin geniş miqyasda elektronlaşdırılması işləri çərçivəsində həssas qruplara aid vətəndaşların “Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi də artıq elektronlaşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar dost.gov.az saytına daxil olaraq “Səyyar DOST” bölməsinə keçid etdikdən sonra açılan pəncərədə sadə müraciət formasını doldurmaqla həmin xidmət üçün e-qaydada növbəyə yazıla bilərlər.
Məlumatları daxil etdikdən sonra vətəndaşa avtomatik növbə təyin olunur və bu barədə onun mobil nömrəsinə sifariş etdiyi xidmət növü ilə bağlı ətraflı mesaj göndərilir.
“Səyyar DOST” xidməti DOST mərkəzləri tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi məqsədilə lazımi sənədlərin sifarişçidən təhvil alınması və emal edilərək ona təhvil verilməsini nəzərdə tutur.
Həmin xidmət üçün e-qaydada növbəyə yazılma imkanının yaradılması vətəndaşların xidmətə əlçatanlığının, xidmətin çevikliyinin, keyfiyyətinin daha da artmasına imkan verir.
Peşə-əmək Reabilitasiya Mərkəzində...
COVID-19-la mübarizədə iştirak edən tibb...
Sosial şəbəkədə saxta kredit elanı...
Azərbaycan Respublikasının Konstitusiya...
AQTA qida zəhərlənməsindən qorunmaq üçün...