Dünyanın ən şimal hava limanı olan Svalbard iqlim dəyişikliyi ilə mübarizə aparır
Norveçin Svalbard arxipelaqında yerləşən Svalbard Hava Limanı müntəzəm kommersiya uçuşlarına xidmət edən dünyanın ən şimal hava limanıdır.
“CNN International”ın məlumatına görə, “SAS” və “Norwegian” adlı iki aviaşirkət ilboyu adalardakı əsas yaşayış məntəqəsi olan Longyearbyen hava limanı ilə 800 kilometrdən çox cənubda yerləşən Norveç materiki arasında uçuşlar həyata keçirir. Unikal coğrafi mövqeyinin cəlbediciliyinə görə, hava limanı müntəzəm olaraq çarter reysləri və şəxsi təyyarələrə ev sahibliyi edir.
1970-ci illərin əvvəllərində Longyearbyenin 2300 metr uzunluğundakı uçuş-enmə zolağı tikiləndə onun üzərində qurulduğu əbədi donun əriməyə başlayacağını heç kim gözləmirdi. Ancaq hazırda vəziyyət tam olaraq budur.
Permafrost ən azı iki il donmuş torpaq kimi müəyyən edilir. Permafrostun istiləşməsi və əriməsi Svalbard üçün əsas problemə çevrilib. Nəticədə yaranan qeyri-sabitlik və çökmə binalara və infrastruktura təsir edərək sürüşmə və uçqun riskini artırır. Hava limanının direktoru Raqnhild Kommisrud CNN-ə bildirib ki, biz yay mövsümündə hər gün uçuş-enmə zolağına diqqətlə baxmalıyıq, çünki torpaq istənilən vaxt çökə bilər. Bu, zamanla daha da pisləşəcəyini gözlədiyimiz bir problemdir.
Uçuş-enmə zolağı bağlanarsa, ən vacib ləvazimatların çoxu gəmi ilə gəlməli olacaq, bu səfər hər tərəfdən iki günə qədər çəkə bilər.
Türkiyədə su səviyyəsinin artması ilə...
Yaponiyadakı Wanitsuka no Sakura ağacı...
Süni intellektdən istifadə edən filmlər...
Xəzər dənizi 2050-ci ilədək kritik...
Filippin sahillərində 6,2 bal gücündə...