Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 12-nə təyin edilmiş iclasında baxılacaq.
Peşə-əmək Reabilitasiya Mərkəzində...
COVID-19-la mübarizədə iştirak edən tibb...
Sosial şəbəkədə saxta kredit elanı...
Azərbaycan Respublikasının Konstitusiya...
AQTA qida zəhərlənməsindən qorunmaq üçün...